Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan Afrin əməliyyatına reaksiya: Ankara özündən çıxdı

© REUTERS / STRTürkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il
Türkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Vaşinqtonun PYD-ni ölçüsüz silahlandırması hərbi əməliyyatın başlamasına gətirib çıxardı"

BAKI, 22 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatla bağlı açıqlama verib. Sputnik xəbər verir ki, nazir əməliyyata səbəb kimi ABŞ-ın davranışlarını göstərib.

Национальный флаг Ирана - Sputnik Azərbaycan
İran Türkiyənin qarşısında sərt tələb qoydu

"Amerikanın Suriyadakı davranışları Türkiyəni özündən çıxardı. Vaşinqtonun PYD-ni ölçüsüz silahlandırması hərbi əməliyyatın başlamasına gətirib çıxardı. Bir çox mütəxəssislər bizə deyirlər ki, "Niyə narahat olursunuz? Əksinə, imkan verin, ABŞ nə qədər təxribatçı dövlət olduğunu bütün dünyaya sübut etsin"", — Lavrov bildirib.

Rusiyalı nazir, bununla belə, ABŞ-la dialoqa hər zaman hazır olduqlarını söyləyib: "Onlar nə qədər bizimlə eyni cür düşünməsələr də, Rusiya hər zaman dialoqa hazırdır. Bunu dəfələrlə dilə gətirmişik. İndi də bu təklifimiz keçərlidir".

Xəbər lenti
0