Elxan Şahinoğlu: “Ermənistan hələ də Azərbaycanı ittiham edir”
“Həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb”. Bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, həmsədrlərin hansı kreativ fikirləri irəli sürməsi onu düşündürür:
“Mən Ermənistan XİN-dən oxşar açıqlamanı eşitmədim. Ola bilsin ki, hansısa detalda həmsədrlərin kreativ ideyası var. Ancaq ideya olsa belə onun reallaşdırılması yolları tətbiq edilmir”.