BAKI, 19 yanvar — Sputnik. Rusiyada qəribə hadisə yaşanıb. Buryatiya Respublikasının Sosnovıy Bor kəndində 9-cu sinif şagirdi olan oğlan əlində balta və bıçaqla şagirdlərə hücum edib.
Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, 7-ci sinif otağına girən məktəbli bir neçə şagirdi yaralayıb. O, parça yandıraraq müəllimə tərəf atıb və sonra bıçaqla hədə-qorxu gəlməyə başlayıb. Şagirdləri və müəllimi yaraladıqdan sonra məktəbli özünə də bıçaq zərbələri endirib.
© Photo : BURYATIA.SLEDCOM.RUBuryatiya Respublikasının Sosnovıy Bor kəndində məktəb
Buryatiya Respublikasının Sosnovıy Bor kəndində məktəb
© Photo : BURYATIA.SLEDCOM.RU
Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər. Yeniyetmə cinayətkar xəstəxanada polis nəzarətinə götürülüb. Məsələ ilə bağlı cinayət işi açılıb.