QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məmmədyarov-Nalbandyan görüşü başa çatıb

© Photo : Twitter / HikmetHajiyevPolşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi də iştirak ediblər

BAKI, 18 yanvar — Sputnik. Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.

“Azərbaycan substantiv və məntiqi danışıqlar yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyir” – deyə H. Hacıyev bildirib.

Xəbər lenti
0