Bir çox insanların mətbəx proqramlarının və orada səslənən reseptlərin həvəskarı olduqları sirr deyil. Bəziləri orada səslənən reseptlər əsasında nəsə hazırlamağa da cəhd edirlər.
Lakin həmin reseptdə "2 unsiya", "3 unsiya", "25 ml", "55 ml" və s. çəki vahidlərini eşitdikdə onların əli işdən soyuyur. Çünki adi istehlakçı unsiyanın ölçüsünü bilməyə bilər və millilitrləri hesablamaq üçün onun xüsusi avadanlığı olmaya bilər.
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada bu tipli ölçülərin normal, anlaşılan dildə qarşılığı verilib. Bundan sonra artıq əziyyət çəkməyəcəksiniz.