Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən vacib Türkiyə açıqlaması

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidПрезидент РФ Владимир Путин во время встречи с временно исполняющим обязанности губернатора Нижегородской области Глебом Никитиным в Нижнем Новгороде, 6 декабря 2017 года
Президент РФ Владимир Путин во время встречи с временно исполняющим обязанности губернатора Нижегородской области Глебом Никитиным в Нижнем Новгороде, 6 декабря 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Suriyada təxribatçıların olduğunu, lakin onların türklər olmadığını bildirib

BAKI, 12 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin Suriyadakı rus hərbi bazalarına edilən hücumla bağlı açıqlama verib. Sputnik xəbər verir ki, Kreml rəhbəri bu barədə ölkə KİV-lərinin baş redaktorlarının suallarını cavablandırarkən danışıb.

“Türkiyə prezidenti cənab Ərdoğanla telefonla danışdım. PUA-larla Suriyadakı hərbi bazalarımıza olan hücumları müzakirə etdik. Mən əminəm ki, nə türk hərbçiləri, nə Türkiyə hakimiyyətinin, nə də Türkiyə dövlətinin bu insidentlə heç bir əlaqəsi yoxdur. Ərdoğan etiraf etdi ki, PUA-ların havaya qalxdığı əraziyə onlar nəzarət etməli idilər. Düzünü desəm, heç biz özümüz də hər zaman nəzarət etməli olduğumuz yerə nəzarət etməyə nail ola bilmirik” – Putin deyib.

Öz növbəsində Türkiyə prezidenti Suriyada təxribatçıların olduğunu, lakin onların türklər olmadığını bildirib:

“Orada təxribat törədənlər var, amma türklər deyil. Biz onların kim olduğunu bilirik. Bu təxribat üçün onlara kimin nə qədər pul ödədiyindən də xəbərimiz var. Bu təxribatlar Rusiya, Türkiyə, İran arasında əldə olunmuş razılaşmaların pozulmasına istiqamətlənib”.

Xəbər lenti
0