Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qisas qiyamətə qalmadı: Rusiya əks-hücuma keçdi

© Photo : Министерство обороны РФ / Mediabanka keçidPilotsuz uçan aparat
Pilotsuz uçan aparat - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya xüsusi əməliyyat qüvvələri silahlıların İdlib şəhərinin qərb sərhədləri yaxınlığında olduğunu müəyyən edib

BAKI, 12 yanvar — Sputnik. 2017-ci il dekabrın 31-də Suriyanın Hmeymim şəhərindəki Rusiya bazasını atəşə tutmuş silahlılar məhv edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Xüsusi əməliyyat qüvvələri silahlıların İdlib şəhərinin qərb sərhədləri yaxınlığında olduğunu müəyyən edib. Qruplaşma "Krasnopol" yüksək dəqiq sursatı ilə məhv edilib.

Nazirlikdən bildirilib ki, İdlibdə PUA-ların saxlanma və yığılma yeri də müəyyən edilib. Həmin baza da məhv edilib.

Qruplaşmaya neçə silahlının daxil olduğu bildirilmir.

Rusiya mətbuatının məlumatına görə, dekabrın 31-də terrorçular tərəfindən yönləndirilən PUA-ların hücumu nəticəsində 4 Су-24 bombardmançısı, 2 Су-35С qırıcısı, bir Ан-72 nəqliyyat təyyarəsi, həmçinin sursat anbarı məhv edilib. Rusiya Müdafiə Nazirliyi yalnız 2 hərbçinin həlak olması faktını təsdiq edib.

Xəbər lenti
0