Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Müdafiə Nazirliyi Türkiyəyə məktub yazaraq nəyi tələb etdi?

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidXmeymim aviabazası
Xmeymim aviabazası - Sputnik Azərbaycan
Abunə olmaq
Üç ölkə - Rusiya, Türkiyə və İranın zamin olduğu Astana prosesində əldə olunan razılığa əsasən, İdlibin kənarlarında təhlükəsizliyi İran və Rusiya, daxilində isə Türkiyə təmin etməlidir

BAKI, 10 yanvar — Sputnik. Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidana açıq məktub göndərib. Bu barədə Sputnik Türkiyə məlumat verib.

Məktubda Rusiyanın Suriyadakı Hmeymim və Tartus hərbi bazalarına olan hücumu İdlibdəki müxaliflərin edə biləcəyi vurğulanıb. Rus tərəfi Türkiyədən öhdəliklərini yerinə yetirməsini, müxaliflər üzərindəki təzyiqini artırmasını istəyib.

Rəsmi Moskva iddia edir ki, 5 yanvar gecəsi Hmeymin və Tartus bazalarına edilən hücumda istifadə olunan PUA-lar loyal müxalifət kimi tanınan silahlı qrupların nəzarətindəki Muazara məhəlləsindən havaya qalxıb.

Üç ölkə — Rusiya, Türkiyə və İranın zamin olduğu Astana prosesində əldə olunan razılığa əsasən, İdlibin kənarlarında təhlükəsizliyi İran və Rusiya, daxilində isə Türkiyə təmin etməlidir.

Qeyd edək ki, yanvarın 5-dən 6-na keçən gecə Suriyadakı rus hərbi bazalarına 13 PUA hücum etmişdi. Onlardan 7-i məhv edilmiş, 6-ı isə ələ keçirilmişdi.

Xəbər lenti
0