QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni terrorunun qurbanı olan 30 yaşlı həmkarımız

© Photo : public domainSalatın Əsgərova oğlu Ceyhun ilə
Salatın Əsgərova oğlu Ceyhun ilə - Sputnik Azərbaycan
Abunə olmaq
“Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərovanın qətlə yetirilməsindən 27 il ötür

BAKI, 9 yanvar — Sputnik. 1991-ci il yanvarın 9-da erməni terrorçuları Azərbaycan ərazisində növbəti qanlı aksiyanı həyata keçiriblər. Laçın-Yevlax yolunun 6-cı km-də Sovet Ordusuna məxsus “UAZ-469” markalı hərbi maşının gülləbaran edilməsi nəticəsində 4 nəfər, o cümlədən “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçusu olan 3 rus zabiti qətlə yetirilib.

Ermənilər hərbi maşını üç istiqamətdən – qabaqdan, arxadan və soldan həm avtomatdan, həm də snayper tüfəngindən güllələyiblər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ.Qoyek ölməzdən əvvəl əyləci basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşır, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəymişdi.

Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilib.

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Salatın Əsgərovaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

Xəbər lenti
0