Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Üç bazar əhvalatı və ya polislər çeçen "oğru"nu Lotu Qulidən necə xilas etdilər

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidMoskvada polis əməkdaşı, arxiv şəkli
Moskvada polis əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kriminal avtoritetlər Moskvanın 3 bazarını bölüşdürə bilməyiblər və toqquşmanın səbəbi də bu olub

BAKI, 7 yanvar — Sputnik. Yeni il öncəsi Moskvada hüquq-mühafizə orqanları qanuni oğrular Nadir Səlifovla (Lotu Quli) Əziz Batukayevin qruplaşmaları arasında qanlı toqquşmanın qarşısını alıblar.

Bu barədə Sputnik Azərbaycan "Primecrime"-a istinadən məlumat verir.

Məlumata əsasən, kriminal avtoritetlər Moskvanın 3 bazarını bölüşdürə bilməyiblər və toqquşmanın səbəbi də bu olub. Belə ki, Əziz Lotu Quliyə məxsus bazarları ələ keçirmək istəyib. Lotu Quli 700-dək döyüşçü toplayıb və bundan sonra Əzizdən görüşmək və söhbəti dar çərçivədə həll etmək təklifini alıb. 

Lakin təyin edilmiş görüşün baş tutmasına polislər mane olublar.

Primecrime bildirir ki, Quli və Əziz arasında bu məsələ ilə əlaqədar baş tutmuş telefon danışığında tərəflərin nümayiş etdirdikləri danışıq tonu baş tutmamış görüşün heç də sakit keçməyəcəyini göstərirmiş.

Xəbər lenti
0