BAKI, 3 yanvar-Sputnik. Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 37 yaşlı Elnur Həsənov terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda ittiham olunur.
E.Həsənov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək E. Həsənov Mingəçevir şəhərində doğulub.