BAKI, 30 dekabr — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FTB) Sankt-Peterburqdakı mağazalardan birində partlayış törətmiş şəxsi saxlayıb.
Bu barədə FTB-yə istinadən RİA Novosti məlumat yayıb.
"Rusiya FTB tərəfindən 30 dekabr 2017-ci il tarixində aparılan əməliyyat-axtarış tədbirləri zamanı dekabrın 27-də Sankt-Peterburq şəhərində "Perekryostok" mağazasının ticarət zalında törədilmiş partlayışın bilavasitə təşkilatçı və icraçısı saxlanılıb" — deyə məlumatda bildirilir.
Xatırladaq ki, İŞİD bu partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.