BAKI, 30 dekabr — Sputnik. İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib. Bununla belə terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir.
Dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.
Ötən gün Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.