BAKI, 27 dekabr — Sputnik. Rusiyanın Sankt-Peterburq şəhərinin ətraf ərazilərinə qeyri-adi rəngdə qar yağıb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bu barədə Təbiətə Nəzarət Departamenti açıqlama yayıb.
Qar bəzi yerlərə açıq mavi, bəzi yerlərə isə bənövşəyi rəngdə yağıb. Nümunələr təhlil üçün laboratoriyaya göndərilib.