BAKI, 21 dekabr — Sputnik. Sankt-Peterburqda kursant öz qrup yoldaşını öldürüb. Sputnik Azərbaycan xəbər verir ki, kursant mübahisə zamanı öz qrup yoldaşını bıçaqlayıb. Məlumata görə, hadisə dünən baş verib. Rusiyanın Sankt-Peterburq şəhərində Mixaylov Hərbi Artilleriya Akademiyasının kursantları mübahisə ediblər. Mübahisə edən gənclərdən biri özünü saxlaya bilməyib və qrup yoldaşını öldürüb.
Müəyyən edilib ki, Azərbaycandan olan iki kursant akademiyanın Komsomol küçəsi 22 ünvanında yerləşən çamaşırxanasında mübahisə ediblər. Kursantlardan biri kirli paltarları ilə birlikdə üzərində götürdüyü bıçaqla 17 yaşlı qrup yoldaşına ürəyindən bir zərbə vuraraq öldürüb.
Hazırda qətli törətmiş gənc polis idarəsindədir və Cinayət Məcəlləsinin "Qəsdən adam öldürmə" maddəsi ilə ittiham ediləcək.