Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Lotu Quli" beynəlxalq axtarışa verildi

© Photo : AXARLotu Quli
Lotu Quli - Sputnik Azərbaycan
Abunə olmaq
Lotu Quliyə 210-cu maddə ilə də cinayət işi açıla bilər (cinayət qruplaşması qurmaq)

BAKI, 19 dekabr — Sputnik. Moskva məhkəməsi Nadir Səlifov (Lotu Quli) haqqında qiyabi həbs qərarı çıxarıb. Sputnik Azərbaycan "Rosbalt" agentliyinə istinadən bildirir ki, Lotu Quli beynəlxalq axtarışa verilib.

Məlumata əsasən, Moskva məhkəməsi bir sıra cinayət ittihamları ilə belə bir qərar qəbul edib. Bildirilir ki, Lotu Quli insanların oğurlanmsı və onların pullarının mənimsənilməsi barədə təlimatlar verdiyi üçün axtarışa verilib. 

Dəmiryolu, arxiv şəkli - Sputnik Azərbaycan
Qaçan məhbuslar "Lotu Quli"nin adamlarıdır?

Qeyd olunur ki, bundan əlavə 210-cu maddə ilə də cinayət işi açıla bilər (cinayət qruplaşması qurmaq). İstintaq Presnensk məhkəməsində Səlifovun qiyabi həbsi ilə bağlı iddia qaldırıb və iddia təmin edilib.

Xatırladaq ki, "Lotu Quli" həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. 

Xəbər lenti
0