Dekabrın 1-də Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi təsdiqlənib.
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin Maliyyə Nazirliyi tərəfindən təqdim olunan proqnoz variantının gəlirlər hissəsi dəyişilməz qalıb və 20,127 milyard manat məbləğində saxlanılıb.
Eyni zamanda 2017-ci ildə büdcəyə daxilolmalar gözləniləndən 3,361 milyard manat (20%) artıqdır.
Müvafiq olaraq neft-qaz sektorunda fəaliyyət göstərən müəssisə və təşkilatların büdcəyə köçürmələrinin həcmi 44,9%-dən 55,1% —ə qədər artaraq 11,096 milyard manat təşkil edib.
2018-ci ildə neft sektorundan daxilolmaların həcmi cari ilin proqnozlarının əksinə olaraq 3,156 milyard manat, yaxud 39,7% artacaq.
Hazırkı büdcənin başqa hansı özəlliklərinin olması barədə 21 dekabr saat 12.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində iqtisadçılar – İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev və ekspert Elşad Məmmədov danışacaqlar.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.