QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhidimiz bu gün doğma kəndində dəfn olunacaq

© Photo : Facebook / Fizuli SalahovFizuli Salahov
Fizuli Salahov - Sputnik Azərbaycan
Abunə olmaq
O, 15 il Azəbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, dekabr ayının 13-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub. Nəticədə hərbi qulluqçumuz, 1978- ci il təvəllüdlü gizir Salahov Fizuli Süleyman oğlu şəhid olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 39 yaşlı Fizuli Salahov bu gün doğulub boya-başa çatdığı Şabran rayonunun Gəndov kəndində dəfn olunacaq.

Qeyd edək ki, şəhidimiz 15 il Azəbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Xəbər lenti
0