Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml rəhbəri: "ABŞ Sputnik-i özünə təhlükə kimi görür"

© Sputnik / Евгений Биятов / Mediabanka keçidЕжегодная большая пресс-конференция президента РФ Владимира Путина
Ежегодная большая пресс-конференция президента РФ Владимира Путина - Sputnik Azərbaycan
Abunə olmaq
Putin: "Tramp vədlərini yerinə yetirə bilmir"

BAKI, 14 dekabr — Sputnik. "Prezident Trampın işini mən qiymətləndirməli deyiləm, bunu Amerika xalqı etməlidir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün keçirdiyi ənənəvi illik mətbuat konfransında deyib.

Ежегодная большая пресс-конференция президента РФ Владимира Путина - Sputnik Azərbaycan
RUSİYA
Rusiya prezidenti tatar dilindəki sözə maraqlı reaksiya verib

Putinin fikrincə, Tramp ABŞ prezidenti kimi bəzi uğurlar qazana bilib: "Prezident olaraq Trampın ciddi nailiyyətlərini görürük. Bazarlara baxsaq, onların necə yüksəldiyini görə bilərik. Həm də investorlar ABŞ iqtisadiyyatına etimad göstərirlər ki, bu da vacib göstəricidir".

Kreml rəhbəri Rusiya-ABŞ əlaqələrinin normallaşacağına, bu ölkələrin ümumi təhdidləri birlikdə ortadan qaldıracağına ümid etdiyini deyib. Putinin fikrincə, Trampın hələ də Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyəti qalır.

"Ağ Evin rəhbəri Moskva ilə əməkdaşlıq etmək istəyib və bunu seçkiqabağı kampaniyası zamanı dəfələrlə bəyan edib. Amma Tramp seçkiqabağı vədlərini, eləcə də, Rusiya ilə bağlı vədlərini yerinə yetirə bilmir. Düşünürəm ki, buna səbəb ABŞ daxilindəki məhdudiyyətlərdir" — deyə prezident əlavə edib.

Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsinə gəldikdə isə, Putin bu məsələnin uydurma olduğunu deyib: "Məgər hər cür təmasları qadağan etmək lazımdır? Hər şeyə xəfiyyə gözü ilə baxmaq olmaz".

O, "Russian Today" telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyi ilə bağlı yaranmış vəziyyəti şərh edərkən Vaşinqtonun həmin media qurumlarını özünə təhlükə kimi gördüyünü güman etdiyini vurğulayıb: "Amerika KİV-lərinin iri həcmli reklamları var. Məhdudiyyətlər isə ancaq Rusiya KİV-nə tətbiq olunur".

Putin hərbi xərclərdən danışarkən ABŞ-ın da xərclərini xatırlatmağı unutmayıb: "Biz silah yarışlarında iştirak etmirik, öz təhlükəsizliyimizi qoruyuruq. Təhlükəsizliyimizi təmin etmək və iqtisadiyyatımıza zərər verməmək üçün hərbi xərclərimizi balanslaşdırmışıq. Biz hərbi xərclərə 46 milyard dollar sərf edirik. ABŞ-da isə bu göstərici 700 milyard dollar təşkil edir".

Xəbər lenti
0