Bir çox ölkələrdə, eləcə də Azərbaycanda müşahidəçilər hesab edirlər ki, 2017-ci ili İŞİD terror təşkilatı ilə effektiv mübarizə ili kimi qiymətləndirmək olar. Bu il həm də Dağlıq Qarabağ probleminin həllində heç bir irəliləyişin olmaması, Xəzərin statusu çərçivəsində aparılan danışıqların müsbət nəticələri, həmçinin ABŞ prezidentinin Qüdslə bağlı münasibəti ilə yadda qalacaq.
Yola salmaqda olduğumuz ilin Cənubi Qafqaz və Yaxın Şərqdə hansı siyasi hadisələrlə daha çox yadda qaldığı 15 dekabr saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Cənubi Qafqaz" politoloqlar klubunun 56-cı iclasında müzakirəyə çıxarılacaq.
Tədbirdə Azərbaycan və Rusiya politoloqları iştirak edəcək:
— Oleq Kuznetsov (Rusiya)
— Yevgeni Mixaylov (Rusiya)
— Tofiq Abbasov (Azərbaycan)
— İlqar Vəlizadə (moderator – Azərbaycan)
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında, "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək.