BAKI, 12 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra ona rus dilində təşəkkür edib.
Putin çıxışını başa vurduqdan sonra Ərdoğan "spasibo" sözünü işlədib.
Türkiyə və Rusiya liderlərinin görüşü Ankarada baş tutub. Vladimir Putin Suriya və Misir səfərinin ardınca Türkiyəyə gəlib.