Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya prezidenti "Suriyadan çıxırıq" əmrini verdi

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidRusya Devlet Başkanı Vladimir Putin, Suriyeli mevkidaşı Beşar Esad'la Soçi'de görüştü.
Rusya Devlet Başkanı Vladimir Putin, Suriyeli mevkidaşı Beşar Esad'la Soçi'de görüştü. - Sputnik Azərbaycan
Abunə olmaq
Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması barədə əmr verib

BAKI, 11 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Hmeymim" hərbi bazasında hərbçilər qarşısında çıxışı zamanı Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

Президент РФ Владимир Путин во время встречи с временно исполняющим обязанности губернатора Нижегородской области Глебом Никитиным в Нижнем Новгороде, 6 декабря 2017 года - Sputnik Azərbaycan
RUSİYA
Putini Ankarada gözləyirdilər ki... gözlənilməz hadisə oldu

"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm" — deyə Vladimir Putin bildirib.

Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayan prezident deyib: "Dostlar, Vətən sizi gözləyir. Uğurlu yol! Sizə xidmətə görə təşəkkür edirəm".

Rusiya lideri onu da əlavə edib ki, əgər bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endiriləcək. O, Moskvanın heç vaxt Suriya və Rusiyada terrorla mübarizə zamanı qurban gedənləri unutmayacağını qeyd edib.

"Hmeymim"də Putini Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı hərbi qruplaşmanın komandanı Sergey Surikov qarşılayıb.

Rusiya Hava Kosmik Qüvvələri 2015-ci ilin sentyabrın 30-dan Suriyada terrorçulara qarşı əməliyyatlarda iştirak edir. 2016-cı ilin martında Rusiya prezidenti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə Hava Kosmik Qüvvələrinin böyük hissəsinin çıxarılması haqqında qərar verib.

Bununla belə, Rusiya Suriya hakimiyyətinə silahlı və hərbi texniki yardım göstərməyi dayandırmayıb. Suriyada Rusiyanın "Hmeymim" aviabazası, Tartus limanında Hərbi Dəniz Donanmasının maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir.

Xəbər lenti
0