BAKI, 8 dekabr — Sputnik. "Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsipləri təsdiqlədik".
APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib.