BAKI, 4 dekabr — Sputnik. 4-5 dekabr tarixlərində Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı olacaq. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri artıq yeddinci dəfədir toplaşırlar.
Görüşlə bağlı yayılmış bəyanata görə, nazirlər əsas diqqəti Xəzər dənizinin Hüquqi Statusu haqqında Konvensiyaya, Xəzərdə müxtəlif sahələrə — başda itqisadiyyat olmaqla, nəqliyyat, hərbi dənizçilik, brakonyerliklə mübarizə, naviqasiya təhlükəsizliyi və digər məsələlərə dair beştərəfli əməkdaşlığın tənzimlənməsinə yönəldəcəklər.
Xəzər dənizinin siyasi və hüquqi statusunun müəyyən edilməsi ilə bağlı proses necə gedir və yekun nəticələr Xəzər beşliyi üçün hansı perspektivləri vəd edir? Bu barədə 6 dekabr saat 14:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək Bakı-Moskva-Astana videokörpüsündə danışılacaq.
İştirak edəcəklər:
Bakıda
— Xəzər Aaraşdırmaları Mərkəzinin rəbəri, professor Çingiz İsmayılov;
Moskvada:
— Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev;
Astanada:
— Xəzər problemləri üzrə mütəxəssis
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.