BAKI, 1 dekabr — Sputnik. 1985-ci ildə BMT Baş Assambleyası 40/212 saylı qətnaməsi ilə hökumətlərə hər il 5 dekabrı Beynəlxalq İqtisadi və Sosial İnkişaf Könüllüləri Günü (International Volunteer Day for Economic and Social Development), qısaca, Beynəlxalq Könüllülər Günü (International Volunteer Day) kimi qeyd etməyi təklif edib.
Azərbaycanda isə könüllülük hərəkatı son illərdə təşəkkül tapmağa və inkişaf etməyə başlayıb. Ölkədə keçirilən beynəlxalq tədbirlərdə ASAN könüllülərinin iştirakı könüllülük hərəkatına xüsusi prestij qazandırıb.
Qonşu MDB ölkələrində bu istiqamətdə fəaliyyətlərə dekabrın 5-də Bakı vaxtı ilə saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək Bakı-Bişkek-Minsk-Astana-Kişinyov videokörpüsündə aydınlıq gətiriləcək.
Videokörpüdə iştirak edəcəklər:
Bakıda:
— "ASAN Könüllüləri" İctimai Birliyinin sədr müavini Səkinə Həsənova;
Astanada:
— Qazaxıstan Qızıl Ayparasının əlaqələr üzrə koordinatoru Zamzaqul Tajibayeva;
Minskdə:
— Belarus Qırmızı Xaç Cəmiyyətinin baş katibinin müavini Romaniya Romanovna Skomoroşko;
Bişkek və Kişinyovda:
— Könüllülər təşkilatlarının nümayəndələri.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.