QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakıda Qarabağ, Kipr və Kəşmir problemləri masaya yatırıldı

© Sputnik / Murad OrujovТрехсторонняя встреча глав МИД Азербайджана Эльмара Мамедъярова,Турции Мевлюта Чавушоглу и Пакистана Хаваджа Мухаммеда Асифа
Трехсторонняя встреча глав МИД Азербайджана Эльмара Мамедъярова,Турции Мевлюта Чавушоглу и Пакистана Хаваджа Мухаммеда Асифа - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının birgə iştirakı ilə Bakı bəyannaməsi qəbul edilib

BAKI, 30 noyabr — Sputnik. Bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşünün yekununda Bakı bəyannaməsi qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, bəyannaməni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif imzalayıb.

İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyev Qarabağ münaqişəsinin həlli yolunu göstərdi

Görüşdən sonra jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən E. Məmmədyarov torpaqlarımızın işğalı faktını qaldırıb: "Azərbaycanın 20 fazi torpaqları işal altındadır. Bu baxımdan müdafiə sahəsinin inkişafı çox vacibdir. Azərbaycan bu yaxınlarda təlim təyyarələrinin alınması üçün Pakistanla müqavilə imzalayacaq".

Öz növbəsində X. Məhəmməd üçütərəfli görüşün və əməkdaşlığın əhəmiyyətindən danışıb. O bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib.

"Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər. Azərbaycanla Pakistan arasında birbaşa hava xətti yoxdur. Bunun bərpasına çalışırıq" — XİN başçısı bildirib.

"Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində eyni mövqeyə malikdir. Hər üç ölkə bu məsələlərin həllində ortaq mövqedən çıxış etməlidir" — Məhəmməd əlavə edib.

M. Çavuşoğlu da hər üç ölkənin oxşar problemləri yaşadığını diqqətə çatdırıb: "Türkiyə Dağlıq Qarabağ probleminin həlli və işğal olunmuş torpaqların işğaldan azad olunması üçün səy göstərir. Bu baxımdan prezidentlər daim təmas içindədir".

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşə də toxunub: "Prezidentimiz, Rusiya qərarlı olarsa, bu məsələnin həll olunacağını, bu təşəbbüsün də Türkiyə tərəfindən dəstəklənəcəyini bildirib. Azərbaycan üçün uyğun olan bütün formulları dəstəkləyirik".

"Dünən həmsədrlərlə görüşdüm. Daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım və bu sahədə onlara dəstək göstərdiyimizi bildirdim" — Çavuşoğlu vurğulayıb.

Xəbər lenti
0