QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hüseynov: “Bizim mövqemizi dəstəkləyən ermənilərlə danışıqlar aparmalıyıq”

© Sputnik / Murad OrujovДиректор Центра истории Кавказа, старший научный сотрудник Института права и прав человека НАНА Ризван Гусейнов
Директор Центра истории Кавказа, старший научный сотрудник Института права и прав человека НАНА Ризван Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, aprel döyüşlərindən sonra ermənilər də xalq diplomatiyasının əhəmiyyətini anlamağa başlayıblar

Rizvan Hüseynov: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi hələ gündəmdədir”
“Siyasətçilər, diplomatlar Qarabağ münaqişəsinin həlli üçün səylərini ortaya qoysalar da heç nə əldə edilməyib”. Bunu Bakıya səfər edəcək erməni deputatların xalq diplomatiyasındakı rolunu Sputnik Azərbaycan-a şərh edərkən Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

“Son iki-üç ildə diplomatiya yolu ilə münaqişənin həll olunacağına ümid etsək də, hələ də məsələnin hərbi yolla nizamlanması gündəmdədir. Münaqişənin hansı yolla edilməsindən asılı olmayaraq qarşı tərəflə görüşlər keçirilməlidir. 2016-cı ilin aprel döyüşlərindən sonra ermənilər də xalq diplomatiyasının əhəmiyyətini anlamağa başladılar” — deyə o bildirib.

Xəbər lenti
0