BAKI, 27 noyabr — Sputnik. Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin bu vəzifədən geri çağırılıb.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, prezident Vladimir Putin V. Doroxinin vəzifədən azad olunması ilə bağlı fərman imzalayıb.
Vladimir Doroxin 2009-cu ilin fevralında Azərbaycana səfir təyin olunmuşdu. O bu vəzifədə Vasili İstratovu əvəz etmişdi.