Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuluğumuzdan şok istefa xəbəri gəldi

© Sputnik / Vladimir FedorenkoMəmur portfeli, arxiv şəkli
Məmur portfeli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ramzan Kadırov: "Əgər məndən bu barədə fikir deməyimi istəsələr, bir neçə insanın adını çəkə bilərəm"

BAKI, 27 noyabr — Sputnik. Çeçenistan prezidenti Ramzan Kadırov istefa edə biləcəyini söyləyib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Rossiya 1" telekanalına müsahibə verərkən deyib.

Jurnalistin, "vəzifədən getməyə hazırsınızmı?" sualına Kadırov "bu mənim xəyalımdır. Vilayətin lideri olmaq, xalqın və dövlətin məsuliyyətini daşımaq çox çətindir" cavabını verib.

© Sputnik / Said Tsarnayev / Mediabanka keçidRamzan Kadırov
Ramzan Kadırov - Sputnik Azərbaycan
Ramzan Kadırov

Elədiyi hər bir səhv üçün həm bu həyatda, həm də axirətdə cavab verməli olduğunu deyən Kadırov qeyd edib ki, əsas məsələ yorulmaq deyil: "Vəzifədən getmək istəyim yorğunluğa görə deyil. Mən sadəcə artıq, əlavə xidmət eləmək istəmirəm. O vaxtlar mübarizə aparmaq, hər şeyi qaydasına salmaq üçün mənim kimi insanlara ehtiyac var idi. İndi Rusiya cəmiyyətində sülh və sabitlik var. Deməli Çeçenistan Muxtar Respublikasında da dəyişikliyin vaxtı çatıb".

Kadırov, özündən sonra seçiləcək mümkün lider haqda da danışıb.

"Əgər məndən bu barədə fikir deməyimi istəsələr, bir neçə insanın adını çəkə bilərəm. Lakin son qərarı verən xalqımızdır" — çeçen lider qeyd edib.

Xəbər lenti
0