Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı qız Rusiyada "Miss Cazibə" titulunu qazandı

© © Foto Türkanə Rzayeva tərəfindən təqdim olunubTürkanə Rzayeva
Türkanə Rzayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq layihənin qonaqları Azərbaycanlı iştirakçının təqdimatına heyran olublar və o qız nominasiyalardan birinin qalibi elan edilib

BAKI, 24 noyabr — Sputnik. Xabarovsk vilayətində keçirilən "Millətin sərvəti" müsabiqəsində hamıya Azərbaycan yeməkləri paylanıb.

Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində layihənin Azərbaycandan olan təmsilçisi "Miss Cazibə" titulunu qazanmış Türkanə Rzayeva məlumat verib. Müsabiqədə Azərbaycan, Ukrayna, Koreya, Rusiya və Ermənistandan olan qızlar iştirak edib. Onlar təkcə öz gözəlliklərini, intellekt və bacarıqlarını deyil, həm də öz əcdadlarının mədəniyyətlərinin müxtəlifliyini təqdim ediblər.

Rzayeva Xabarovskda doğulub və artıq 22 ildir ki, orada yaşayır. Qohumları ilə birlikdə vaxt keçirmək və istirahət etmək üçün hər yay ailəsi ilə birlikdə Azərbaycana gəlir. 

Gənc qız, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Gözəllik yarışmasına qatılmaq istəyən tələbələrə təcavüz olunub

Hal-hazırda Xabarovsk Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun (XDİMİ) İdarəetmə fakültəsində sosial-mədəniyyət sahəsi üzrə təhsil alır. Bununla yanaşı vokalla məşğul olur və fortepianoda ifa edir. Eyni zamanda ansamblın tərkibində müxtəlif ali məktəblərarası və vilayət musiqi tədbirlərində iştirak edir.

Rzayevanın sözlərinə görə, "Millətin sərvəti" müsabiqəsinə qədər institutda "Miss XDİMİ"də iştirak edib və birinci yeri tutub.

"Bundan sonra məni "Millətin sərvəti" müsabiqəsinə göndərdilər. Mən razılıq verənə qədər xeyli düşündüm, axırda özümü toplayıb iştirak etməyə qərar verdim. Uzun müddət hazırlaşdım, istədim ki, hər şey mükəmməl və yüksək səviyyədə olsun. Mənim üçün ən çətini Azərbaycanın milli kostyumunu, musiqi alətlərini və digər şeyləri tapmaq oldu. Amma, Allaha şükür ki, bu problemləri də həll edə bildim." — deyə Rzayeva bildirib.

Müsabiqə bir neçə mərhələdən ibarət olub. Onlardan birincisi kulinariya ilə bağlı idi. Azərbaycanlı qızların komandası dərhal iki masanı tutublar. Ora müxtəlif yeməklər düzüblər, həmçinin iki kulinariya bələdçisi də qoyublar. Bələdçilər qonaqlara yeməklər barədə məlumat və məsləhətlərini veriblər. Dinləyənləri bu yeməklərdən mütləq dadmağa dəvət edib və Azərbaycan haqqında danışıblar. Rzayevanın sözlərinə görə, qonaqlar bütün yeməkləri ləzzətlə yeyiblər və onların dadından doymadıqlarını bildiriblər. 

Tatu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tatu: yüngül həyat tərzi, məhbəs həyatı, gözəllik, yoxsa xəstəlik?

"Mən özüm də o yeməklərdən yeməyi çox istəyirdim, amma bir az sonra bildim ki, heç nə qalmayıb. Bu, məni çox sevindirdi. Çünki bizim əsas məqsədimiz qonaqları Azərbaycan yeməkləri ilə tanış etmək idi. Biz sevindik ki, gözləntilərimiz özünü doğrultdu" — deyə Rzayeva qeyd edib.

Onun sözlərinə görə, müsabiqə coşqunluqla keçib, bütün namizədlər qalibiyyətə layiqli olublar. Ona görə də böyük rəqabət gedib. Rzayeva layihənin nəticələrindən razı qalıb və Azərbaycanı layiqincə təmsil etdiyinə gözə şaddır.

Gənc qızın fəaliyyətini dayandırmaq niyyəti yoxdur. O, Xabarovsk ictimaiyyətini Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə tanış etməyi davam etdirəcək.

Xəbər lenti
0