BAKI, 23 noyabr — Sputnik. Amerikanın Suriyanın şimalında qoşun saxlamaq planı həyasızlığın zirvəsidir.
Sputnik Azərbaycan REN TV-yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədri Vladimir Şamanov danışıb.
“Məişət dili ilə desəm, bu həyasızlığın zirvəsidir. Bunlar başqasının evini zəbt etmiş saxtakarlardır” – Şamanov deyib.
Komitə sədri, Suriyada müharibədən sonrakı vəziyyətin bir çox faktordan asılı olacağını deyib: "Bunlardan ən vacibi amerikalıların gözlənilməz davranışıdır".
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi İŞİD üzərində qələbədən sonra Amerika ordusunun Suriyadan çıxmayacağını söyləmişdi.