Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ərdoğanın stulunu belə aşırdı - VİDEO

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın stulunu aşırıb

BAKI, 23 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın stulunu aşırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu hal Twitter istifadəçilərinin diqqətinə səbəb olub.

Noyabrın 22-də Putin, Ərdoğan və İran prezidenti Həsən Ruhaninin Soçidə keçirilən üçtərəfli danışıqların nəticələri barədə birgə mətbuat konfransından sonra baş verən an videokameraların yaddaşına köçürülüb. Rusiya lideri ondan solda əyləşən Ərdoğanı qaldıraraq ona əl uzadıb. Sonra isə Ərdoğana ayağa qalxmaq asan olsun deyə, onun oturduğu stulu arxaya çəkib. Lakin bu zaman Ərdoğanın artıq qalxdığı stul arxaya aşıb.

Türkiyə telekanallarının yaydığı digər kadrda isə işçilərdən birinin yaxınlaşaraq aşan stulu qaldırdığı görünür. Bu kadr siyasətçilər arasında baş verən ən xırda detalda belə məna axtarmağa çalışan sosial şəbəkə istifadəçilərinin müxtəlif rəylərinə səbəb olub. İstifadəçilərdən biri yazıb ki, "Putin Ərdoğana "səni bu stul kimi aşıraram" mesajını vermək istəyib". Digər istifadəçi isə qeyd edib ki, Putin Ərdoğana "əgər dediklərimi eləməsən, oturduğun stulu altından çəkərəm" demək istəyib. Başqa istifadəçilər isə, bu kadrdan neqativ məna çıxarmaq istəyənlərə "yəqin Putin sizin bu mesajlarınızı oxuyub gülür", "niyə məsələni olduğu kimi — Putinin dostuna yardım etmək niyyəti kimi qiymətləndirmirsiz" yazıblar.

Xatırladaq ki, Putin müsahibələrinin birində bəzən onun tam təbii olaraq etdiyi hərəkətlərdə insanların hansısa mənalar axtardığını başa düşmədiyini deyib: "Tam təsadüfən başın qaşınır, onu qaşıyırsan, bir də görürsən ki, siyasətçilər, politoloqlar, PRmenlər, bədən dili mütəxəssisləri onda böyük siyasi və fəlsəfi məna axtarmağa başlayıblar. Ən pisi də odur ki, onlara məsələnin heç də belə olmadığını, sadəcə başının qaşındığını və qeyri-ixtiyari əlini başına apardığını izah etməyə imkan tapmırsan. Ya da tapsan belə, dediklərinə inanmayacaqlar və ictimaiyyətə öz düşündüklərini təlqin etməkdə davam edəcəklər".

Rusiya, Türkiyə və İran prezidentləri ötən gün Soçidə Suriyadakı siyasi vəziyyətin nizamlanmasını müzakirə ediblər. Dövlət başçıları ərəb respublikasında etimad tədbirlərinin gücləndirilməsinin zəruriliyi və bu ölkəyə humanitar yardımın maneəsiz şəkildə təmin edilməsinə dair razılığa gəliblər.

Xəbər lenti
0