İlqar Vəlizadə: “Tərəflərin mövqeyində dəyişiklik müşahidə olunmur”
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini regiona olan digər səfərlərin tərkib hissəsi kimi qiymətləndirmək olar”. Bunu Sputnik Azərbaycan-a Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfərlərini şərh edərkən politoloq İlqar Vəlizadə deyib.
“Gıələn ayın ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü Lavrovun səfərlərini nə qədər səmərəli olduğunu göstərəcək. Onu qeyd etmək lzımdır ki, regionda vəziyyət kifayət qədər mürəkkəbdir. Tərəflərin mövqeyində dəyişiklik müşahidə olunmur. Belə vəziyyətdə real nəticələr gözləmək çox çətindir” — deyə o bildirib.