QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Fransa "Dağlıq Qarabağ" mübahisəsinə nöqtə qoydu

Abunə olmaq
Fransa XİN: Bizim mövqeyimiz aydındır

BAKI, 23 noyabr — Sputnik. "Bizim mövqeyimiz aydındır. Fransa "Dağlıq Qarabağ"ı tanımır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. Fransa XİN-dən qeyd edilib ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın Alfortvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alforvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak edib.

Xəbər lenti
0