BAKI, 22 noyabr — Sputnik. Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başlayıb.
“Report” xəbər verir ki, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edir.
Dövlət başçıları Suriya böhranını və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər.
Qeyd edək ki, bu görüşdən bir gün əvvəl, noyabrın 21-də Rusiya prezdenti Vladimir Putin Soçidə BMT-nin tanıdığı Suriya rəhbəri Bəşşar Əsədlə görüşüb.