Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Soçi tarixi görüşə hazırdır

© Sputnik / Alexandra ZuyevaСочи. Яхты
Сочи. Яхты - Sputnik Azərbaycan
Abunə olmaq
Üç ölkənin dövlət başçısı Suriyadakı son prosesləri müzakirə edəcək

BAKI, 22 noyabr — Sputnik. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçı Vladimir Putin və İran prezidenti Həsən Ruhani Soçidə görüşəcəklər. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, üç ölkənin dövlət başçısı Suriyadakı son prosesləri müzakirə edəcək.

Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, görüşdə Astana danışıqları nəticəsində Suriyada zorakılığın azaldılması, deeskalasiya zonalarındakı fəaliyyətlər və Suriyada terrorla mübarizə məsələləri müzakirə olunacaq.

Toplantıda, eyni zamanda, humanitar yardımların çatdırılmasından və Suriyada siyasi həlllə bağlı BMT Təhlükəsizlik Şurası qərarnaməsi çərçivəsində keçirilən Cenevrə danışıqlarına üç zəmanərçi ölkənin verə biləcəyi töhfələrdən də danışılacaq.

Xəbər lenti
0