BAKI, 22 noyabr — Sputnik. Moskva məhkəməsi tanınmış iş adamı Ömər Cəbrayılovu cərimələyib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tanınmış iş adamı Ömər Cəbrayılov paytaxt hotellərindən birində xuliqanlıq etdiyinə görə yarım milyon rubl (14 293 manat) məbləğində cərimə edilib.
Uzun müddətdir davam edən məhkəmə prosesində iş adamı məhkəmədən onu həbs etməməsini, cəzasını cərimə şəklində ödəməyə hazır olduğunu bildirib.
"Mən cəzamı cərimə ilə ödəmək istərdim. Hamıdan üzr istəyirəm. Məhkəmə qərarının mənim gələcək həyatıma təsir etməsini istəmirəm" — deyə Cəbrayılov xahiş edib.