BAKI, 21 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Rusiyaya səfər edib. Sputnik Azərbaycan "Cumhuriyyet"-ə istinadən xəbər verir ki, Hulusi Akar Soçidə rusiyalı və iranlı həmkarları ilə görüşəcək. Görüşdə Suriyadakı siyasi vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, sabah Soçidə İran-Türkiyə-Rusiya prezidentlərinin də iştirakı ilə geniş tərkibli "Suriya" toplantısı keçiriləcək.