BAKI, 16 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiyaya səfər edəcək. Bu barədə Sputnik-in Türkiyə bürosu xəbər verir.
Məlumata görə, türk lider noyabrın 22-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Ani görüşün detalları barədə hələlik ətraflı məlumat verilməsə də, əldə olunan məlumata görə, Ərdoğanın Soçiyə səfərinin məqsədi İran-Rusiya-Türkiyə üçtərəfli zirvəsində iştirak etməkdir.
Qeyd edək ki, Putin və Ərdoğan 13 noyabr tarixində Soçidə geniş tərkibli görüş keçirmişdi.