BAKI, 14 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. XİN-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər zamanı Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
Qeyd edək ki, noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.