BAKI, 12 noyabr — Sputnik. 1993-cü il noyabrın 12-də BMT Təhlükəsizlik Şurası Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı 884 saylı qətnamə qəbul edib.
Sənəd Ermənistan silahlı qüvvələrinin hücumları (Zəngilan rayonunun, Cəbrayıl və Füzulinin Arazboyu ərazilərinin işğalı) ilə bağlı Azərbaycan rəhbərliyinin BMT-yə müraciətindən sonra qəbul edilmişdi. Bu, Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin sayca 4-cü qətnaməsi idi. Sənəddə erməni (Ermənistan deyil) silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxması tələb edilirdi.
Lakin bu sənəddə də işğala son qoymaq üçün praktik mexanizm yer almamışdı.