Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Trampla Putindən birgə Suriya bəyanatı

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Дональд Трамп
Президент РФ Владимир Путин и президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əsas prinsip olaraq qeyd edilib

BAKI, 11 noyabr — Sputnik. “Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bu barədə Vyetnamda keçirilən Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq Təşkilatı (APEC) sammitində bir araya gələn ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatında qeyd edilib.

Vladimir Putinin sözçüsü Dimitri Peskov bildirib ki, liderlər sammit çərçivəsində bir araya gələrək Suriya məsələsinə dair birgə bəyanatla çıxış etməyə razılıq veriblər.

Tərəflər İŞİD terror təşkilatı ilə birgə mübarizənin davam etdirilməsi və təhlükəli halların qarşısının alınması üçün birgə əməkdaşlıq kanallarının qurulmasına dair razılığa gəliblər.

Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əsas prinsip olaraq qeyd edilib. Bütün tərəflər BMT-nin himayəsi altında Cenevrədə təşkil edilən sülh danışıqlarına dəvət edilib. 

Xəbər lenti
0