Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin günahkarları cəzalandırmağa söz verdi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в саммите АТЭС
Президент РФ В. Путин принял участие в саммите АТЭС - Sputnik Azərbaycan
Abunə olmaq
Putin: "Trampla görüşün baş tutmamasının günahkarları cəzalandırılacaq"

BAKI, 11 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla protokolda ayrıca görüşün razılaşdırılmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

“Report” xəbər verir ki, Rusiya lideri Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində danışıqların baş tutmamasında günahkar olanların cəzalandırılacağını bildirib.

APEC-in sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilib. Kremlin mətbuat xidməti toplantı çərçivəsində D.Trampla V.Putin arasında görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yaymışdı. Ancaq tədbirin başlamasına bir gün qalmış Ağ ev prezidentlər arasında ayrıca görüşün olmayacağını açıqlayıb. Sammitdə Donald Trampla Vladimir Putin yalnız salamlaşıb.

Xəbər lenti
0