BAKI, 11 noyabr — Sputnik. Tanınmış rusiyalı aparıcı Boris Notkin intihar edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Bu barədə Mash telegram-kanalı xəbər verib. Məlumata əsasən, aparıcının cəsədinin yanında məktub tapılıb. Məktubda aparıcı həyatdan könüllü getdiyini yazıb.
Bir neçə həftə əvvəl Notkinin qohumlarına silah almaq istədiyini dediyi bildirilir. O lisenziya alaraq tüfəng əldə edib. Tüfəng də cəsədin yanında aşkar edilib.
Məlumdur ki, Boris Notkin son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş.
Boris Notkin son dövrlərdə "TV Sentr" telekanalında aparıcılıq edirdi.