BAKI, 11 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Vyetnamda Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi mövzusuna toxunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, Rusiya prezidenti müdaxilənin hətta ehtimalını belə qəti sürətdə rədd edib.