Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ağ Ev Kremlin məlumatını təkzib etdi

© REUTERS / Joshua RobertsТрибуна с микрофоном перед Белым домом, фото из архива
Трибуна с микрофоном перед Белым домом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva görüşün olacağını, Vaşinqton isə olmayacağını deyir

BAKI, 10 noyabr — Sputnik. Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnam sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin formal görüşü olmayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Ağ Evin katibi Sara Sanders bildirib.

Onun sözlərinə görə, Amerika liderinin sıx iş qrafikinə görə, görüşü təşkil etmək mümkün olmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, razılaşma hələ də davam edir, hələlik məsələyə aydınlıq gətirilməyib.

Kreml və Vaşinqton prezidentlərin 10-11 noyabr tarixlərində Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnamda keçiriləcək sammiti çərçivəsində görüşünü istisna etmirlər. Putin artıq sözügedən ölkədədir. Onun bir sıra ikitərəfli görüşləri, eləcə də Yaponiyanın baş naziri, Çin, Vyetnam və Filippin liderləri ilə təmasları nəzərdə tutulub. 

Встреча президентов США и России Дональда Трампа и Владимира Путина в ходе саммита G20, Гамбург, Германия, 7 июля 2017 года - Sputnik Azərbaycan
RUSİYA
Rusiya və ABŞ prezidentləri sabah Vyetnamda görüşəcəklər

Daha əvvəl Tramp Rusiya lideri ilə mümkün danışıqların vacib olduğunu bildirmişdi. Onun sözlərinə görə, Moskva Pxenyana qarşı təzyiqləri gücləndirməyə kömək edə bilər.

Müzakirə mövzuları arasında Ukrayna, Suriya problemlərinin tənzimlənməsi və terrorizmlə mübarizə də var.

Xatırladaq ki, ötən gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Trampın noyabrın 10-da Vyetnamda görüşə biləcəklərini açıqlamışdı.

Sözügedən liderlər sonuncu dəfə bu ilin iyulunda G20 sammiti çərçivəsində Almaniyada görüşmüşdülər.

Moskvada hesab edirlər ki, Rusiya-ABŞ münasibətləri "görünməmiş dərəcədə aşağı səviyyədədir". 2014-cü ildə Krım və Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Vaşinqton Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb və getdikcə onları genişləndirib. Rusiya da cavab tədbirləri görüb.

Xəbər lenti
0