BAKI, 6 noyabr — Sputnik. Moskvada artıq neçə aydır yaşanan həyəcanlı anlar istirahət günü də davam edib. Anonim zənglərdən sonra Rusiya paytaxtının müxtəlif yerlərindən 10 minlərlə insan təxliyə edilib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, əvvəlcə Böyük teatrın binasından bomba qoyulması barədə zəngldən sonra 700 nəfər çıxarılıb. Bu səbəbdən teatrın Bethoven zalında konsert təxirə salınıb.
Eyni səbəbdən QUM ticarət mərkəzindən 2800 nəfər, "Metropol" otelindən isə 2000-dən artıq insan təxliyə edilib.
Bu zənglərin yalançı olduğu üzə çıxıb.
Bundan əlavə "Fakel" kinoteatrından və "Dubrovka" ticarət mərkəzindən minlərlə insan çıxarılıb. "Arkadiya", "Taqanski passaj" və "Qudzon" ticarət mərkəzlərindən isə 2500 nəfər təxliyə edilib.
"Qalereya-Atlantik", "Diskont", "Atrium" 15 min şəxs təxliyə olunub. Eyni zamanda "Pioner" kinoteatrının və "Qalereya Aeroport" ticarət mərkəzinin minalanması barədə xəbərlər daxil olub.
Bu obyektlərin hamısında müvafiq strukturların əməkdaşları işləyirlər.
Rusiyada telefon terrorçuluğu dalğası sentyabrın 11-dən başlayıb. Həmin vaxtdan ölkə üzrə 1,4 milyondan çox insan təxliyə olunub. Heç bir halda xəbərdarlıq öz təsdiqini tapmayıb.