BAKI, 5 noyabr — Sputnik. İnquşetiyanın Nazran rayonunda Yol-Patrul Xidmətinin blok-postuna hücum olub.
Hücum nəticəsində 2 polis xəsarət alıb, bir polis isə ölüb.
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib.
Blok-posta hücumda 2 nəfər iştirak edib. Onlardan biri məhv edilib, digəri isə yaxınlıqdakı binalardan birində mühasirəyə alınıb.