BAKI, 2 noyabr — Sputnik. "İki ölkə prezidentlərinin görüşü hazırlanır".
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.
"Görüş mümkündür. Hazırlıq gedir" — Peskov bildirib.
Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşəcəyini bildirib, həmin görüşdə Dağlıq Qarabağ probleminin müzakirə olunacağını deyib.