BAKI, 2 noyabr — Sputnik. İranın ali dini lideri Ayətullah Əli Xamneyi, Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Sputnik xəbər verir ki, Xamneyi rus liderə ABŞ-la birgə mübarizə aparmağı təklif edib. Dini rəhbər, İranın heç vaxt ABŞ-a boyun əymədiyini bildirib.
"Bizim əməkdaşlığımız ABŞ-ı tək qoya bilər. Rusiya və İran Yaxın Şərqdə sabitliyin bərpası üçün birgə hərəkət etməlidir" — o qeyd edib.
Ayətullah Əli Xamneyi Putinlə görüşdən sonra televiziya vasitəsilə xalqa müraciət ünvanlayıb. O, İranın 1 nömrəli düşməninin Amerika olduğunu vurğulayıb.
"Vaşinqton nüvə sazişi ilə bağlı bizə yersiz təzyiqlər göstərir. Ölkəmiz onların təzyiqinə tabe olmayacaq" — ali dini lider bildirib.